İki rayonda yanğın törədən şəxslər SAXLANILDI – DİN 

İki rayonda yanğın törədən şəxslər SAXLANILDI – DİN 

Hazırda oxunan: İki rayonda yanğın törədən şəxslər SAXLANILDI – DİN 

92046

Sentyabrın 3-ü günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini  Abdulla Qurbanov olduğu müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

FHN-dən İsmayıllı, Qəbələ və Oğuz rayonlarındakı yanğınlarla bağlı MƏLUMAT - VİDEO


Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.

Eyni zamanda Şabranda da 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğu müəyyən edilib. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO