Londondan Kuala-Lumpura uçan təyyarə Bakıda təcili eniş etdi

Londondan Kuala-Lumpura uçan təyyarə Bakıda təcili eniş etdi

Hazırda oxunan: Londondan Kuala-Lumpura uçan təyyarə Bakıda təcili eniş etdi

92042

"Malaysia Airlines" aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO