Qubada 6 kəndin yolu bərpa olunur - FOTO

Qubada 6 kəndin yolu bərpa olunur - FOTO

Hazırda oxunan: Qubada 6 kəndin yolu bərpa olunur - FOTO

92013

Quba rayonunda uzun illərdir təmirsiz, bərbad, çala-cuxurlu yoldan istifadə edən Tüləkəran İnzibati Ərazi Dairəsinin əhatə etdiyi və 5436 sakinin yaşadığı 6 kəndin əhalisinin abad yol arzusu reallaşmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bir neçə gündür ki, Tüləkəran İnzibati Ərazi Dairəsinin Gültəpə, Möhüc, Tülər, YuxarıTüləkəran, Aşağı Tüləkəran, Yenikənd kəndlərinin sakinlərini hədsiz sevincinə səbəb olnn  yolların bərpasına start verilib.

Argıq Gültəpə kəndindən başlayaraq yolun qaydaya salınmasına başlanılıb.

Kənddə səyyar qəbulda sakinlərin yolun təmir edilməsi təklifinə müsbət reaksiya verən Quba RİH başçısı Ziyəddin Əliyev bu gün yolun bərpası ilə tanış olmaq üçün əraziyə gəlib, sakinlərlə görüşüb, tapşırıqlarını verib.

Ziyəddin Əliyev bərpa işlərinin təxminən 20 km  məsafəni əhatə edəcəyini, yolların asfaltlanacağını deyib.

Rayon rəhbəri Tüləkəran İnzibati Ərazi Dairəsində köhnə elektrik xətlərinin yeniləndiyini və kəndlərə internet çəkildiyini də diqqətə çatdırıb.

Daha sonra başçı Yuxarı Tüləkəran kəndində bu gün 20 yaşı tamam olan şəhid Müşfiq Nəsirovun ailəsində olub.

Valideynlərinə bir daha səbr arzulayan rayon rəhbəri şəhid Müşfiqin xatirə bulağını da ziyarət edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO