Zaqatalada meşə yanğınları davam edir - VİDEO

Zaqatalada meşə yanğınları davam edir - VİDEO

Hazırda oxunan: Zaqatalada meşə yanğınları davam edir - VİDEO

91590

Xəbər verdiyimiz kimi, bir neçə gündür Zaqatala rayonunun dağlıq ərazilərində meşə yanğınları davam edir. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə yanğınla bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, yanğın sürətlə ətraf ərazilərə yayılır. 

FHN-nin məlumatına görə, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə ETSN-in Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Sosial şəbəkədə yayılmış görüntüləri təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO