Ötən sutka 112 yanğın olub, 2 nəfər xilas edilib - VİDEO

Ötən sutka 112 yanğın olub, 2 nəfər xilas edilib - VİDEO

Hazırda oxunan: Ötən sutka 112 yanğın olub, 2 nəfər xilas edilib - VİDEO

91521

Fövqəladə Hallar Nazirliyinin “qaynar” telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bizim.Media xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Göygöl rayonunun Hacıməlik kəndində iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış iki nəfər xilas edilib, yanğın zamanı 18 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, üç nəfər tüstüdən zəhərlənib, bir nəfər yanıq xəsarəti alıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO