Zaqataladakı yanğın sahəsi genişləndi

Zaqataladakı yanğın sahəsi genişləndi

Hazırda oxunan: Zaqataladakı yanğın sahəsi genişləndi

91452

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

Bizim.Media xəbər verir ki, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"a bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

"Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO