Jurnalistlər Laçın şəhərinə getdi

Jurnalistlər Laçın şəhərinə getdi

Hazırda oxunan: Jurnalistlər Laçın şəhərinə getdi

91447

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir.

Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkiləcək.

Bundan başqa, jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələriylə və mühəndis işləriylə yaxından tanış olacaqlar. Report.az-ın məlumatına görə, səfər çərçivəsində Laçının Zabux və Sus kəndlərinə də gediləcək.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO