Bərdədə təcavüzə uğrayan qız Bakıya GƏTİRİLİR? – “Orada reabilitasiya olunacağına əmin deyiləm”

Bərdədə təcavüzə uğrayan qız Bakıya GƏTİRİLİR? – “Orada reabilitasiya olunacağına əmin deyiləm”

Hazırda oxunan: Bərdədə təcavüzə uğrayan qız Bakıya GƏTİRİLİR? – “Orada reabilitasiya olunacağına əmin deyiləm”

91395

Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı məsələ aktual olaraq qalır.

Ötən gün təcavüzə məruz qalan yeniyetmə və anası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb. Azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.

Psixoloqlar zorakı qurbanı olan qızın olayın baş verdiyi rayondan müvəqqəti də olsa uzaqlaşdırılması, əslində yeniyetmənin olayı xatırlatmayacaq məkanda reablitasiyaya cəlb olunmasını dorğu addım hesab edirlər.

Onların qənaətinə görə indiki halda 4 şəxs tərəfindən zorakılığa məruz qalmış yeniyetmə ilə rəftar, onun zədəlınmiş psixologiyasının bərpası və gələcək həyatı ilə bağlı  doğru yöntəm ən vacib məsələdir. Bu baxımdan ailənin razılığı ilə yeniyetmənin paytaxtın müvafiq mərkəzlərində reablitasiya keçməsi təklif olunur. 

Qeyd edək ki, bu təklifi ilk dəfə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də olay baş verəndən dərhal sonra verdiyi açıqlamada  irəli sürmüşdü. 

Kəmalə Ağazadə növbəti dəfə sözügedən yeniyetmənin Bakıya gətirilməsi və psixoloji dəstəyə cəlb olunması üçün Bizim.Media vasitəsilə çağırış edib:

“O hadisə baş verən kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərhal bu barədə bildirdim. Eyni zamanda qızın reablitasiyaya çox böyük ehtiyacı olduğunu dedim. Kim ali kitabların üzərinə əlini qoyub desə ki, o qız reablitasiyaya cəlb olunacaq, mən buna əmin deyiləm.

Çünki ona xatırladacaq bir mühitdə qız reablitasiya keçə bilməyəcək. Növbəti dəfə təklifimi etdim. Mənə bildirildi ki, ailə istəmir və qeyd edi ki, bütün kənd onların arxasında dayanır. Bəllidir ki, kənd cəzalandırmanın arxasında dayanır və dəstək olur.

Bunları anlayıram. Amma reablitasiyanın Bərdədə effektiv olacağına şübhə ilə yanaşıram. Kim bunu necə qəbul edir, etsin. Bu, bir reallıqdır. Bəli, bu gün Ailələrə Dəstək Mərkəzi o qızla Bərdədə işləyir. Məlumatım var.  Hətta təklif etmişdim ki, anası ilə qızını müvəqqəti reablitasiyaya götürək və iş aparaq.

Bunlarda belə bir fikir var ki, əlimizdən alacaqlar. Bu cür insanların beynini yumaq da olmaz. Bir sözlə biz öz təklifimizi vermişik”, - deyə Kəmalə Ağazadə əlavə edib. 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO