Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə vacib prioritetlərdəndir. Bu çərçivədə narkomaniyanın mənfi nəticələri haqqında əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələrin, eləcə də valideynlərin, müəllimlərin, tələbələrin maarifləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliğinin genişləndirilməsi təkllif olunur.
Mövzunun aktuallığını nəzərə alıb Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu məsələdə gördüyü işlərlə maraqlandıq.
Komitədən Bizim.Media-ya bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə həyata keçən “Narkotiksiz həyat”, “Sağlam həyat tərzi”, “Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri”, “Ziyanlı vərdişlərin ailələrə təsiri”, “Həyatının memarı - Sən özünsən” mövzularında layihələr bu gün də davam edir və proses bütün regionları əhatə edib.
Təkcə ötən il respublikanın 47 rayon və şəhərində ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsinin sədrləri üçün bu istiqamətdə 84 təlim keçirib. Qeyd olunan tədbirlərdən 6500 nəfərə yaxın iştirakçı faydalanıb.
Komitədən o da bildirilib ki, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sözügedən şəhərdə “Narkomaniyaya Yox Deyək” şüarı altında 600 nəfəri əhatə etməklə Qaçış Marafonu keçirilib.
Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi, yeniyetmələr arasında narkomanlığın yayılma səbəblərinin habelə problemin həllinə yönələn siyasətin müəyyən edilməsi məqsədi ilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması və təhlili” üzrə analitik hesabat hazırlayıb.
Hesabatın hazırlanması prosesinə Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri də cəlb olunub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 31.08.2022
Komitə uyuşdurucu aludəçiliyinə qarşı 84 təlim keçirib
Hazırda oxunan: Komitə uyuşdurucu aludəçiliyinə qarşı 84 təlim keçirib
Hazırda oxunan: Komitə uyuşdurucu aludəçiliyinə qarşı 84 təlim keçirib
91340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.