Məlhəm kəndinin yolları MƏLHƏM axtarır – FOTO+VİDEO

Məlhəm kəndinin yolları MƏLHƏM axtarır – FOTO+VİDEO

Hazırda oxunan: Məlhəm kəndinin yolları MƏLHƏM axtarır – FOTO+VİDEO

91169

Şamaxı rayonu Məlhəm kəndinin əsas və daxili yolları bərbad vəziyyətdədir. Kənd mövcud olandan asfaltlanmayan yol getdikcə acınacaqlı duruma düşür. Çınqıllı, uçuq-sökük, çala-çuxurlu, tozlu-torpaqlı yol gediş-gəliş üçün çətinlik yaradır. Xüsusilı yolda hərəkət edən hər avtomobildən sonra evlərə dolan toz-duman əlindən tərpənmək mümkün deyil. 

Kənd sakinlərinin sözlərinə görə payız və qış aylarında yağış, qar suları ilə dolan çuxurlar vaziyyəti daha da çətinləşdirir.

Piyadalarla yanaşı sürücülər də xeyli əziyyət çəkir. Hətta maşınlar da sıradan çıxır, əlavə xərcə düşürlər.

Azərbaycan ədəbiyyatının görkəmli şairi Əfzəllədin Xəqani Şirvaninin doğulduğu və kəndin mərkəzində büstü ucaldığı mərkəz yol da acınacaqlı haldadır. Vaxtilə yalnız büstün əhatəyə alındığı ərazinin qarşısı asfaltlanmışdısa, hazırda o örtükdən də əsər-əlamət qalmayıb.  

Dəhşətlisi isə odur ki, “Bəyin oğurlanması”, filminin çəkildiyi, əlavə olaraq  “Qaraca qız”, "Qaçaq Nəbi", "Dədəqorqud", "Yeddi Oğul İstərəm" kimi tanımış filimlərin bir sıra çəkilişlərinin aparıldığı bu kəndin uzunmüddətli yol problemi ilə maraqlanan tapılmır. 

Məlhəm kənd bələdiyyə sədri Soltanpaşa Məlikov Bizim.Media-ya açıqlamasında bildirib ki, kəndə növbəti il asfalt çəkilməsi nəzərdə tutulub:
 

“Bilirsiniz ki, Şamaxı turizm şəhəri elan olunub. Şamaxının içində və bəzi kəndlərdə hazırda asfaltlaşma işi gedir. Gələn ildə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən digər ərazilərdə, xüsusilə Məlhəm kəndində asfaltlaşma işlərinin aparılması planlaşdırılır”, - deyə Soltanpaşa Məlikov qeyd edib. 


Məlumat üçün qeyd edək, Məlhəm Azərbaycanın ən qədim kəndlərindən biridir. Kənd Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alim, şair və elm adamlarını saymaqla bitməz. Böyük şairlərdən biri olan Əfzələddin Xaqani Şirvani Məlhəm kəndində anadan olub və görkəmli mütəfəkkir kimi yetişib. Bu kənd Şamaxının hollivudu da adlandırılır. 

Alçina Amilqızı, Bizim.Media
 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO