İtkin düşmüş şəxslərin qalıqları xüsusi depolarda saxlanılır

İtkin düşmüş şəxslərin qalıqları xüsusi depolarda saxlanılır

Hazırda oxunan: İtkin düşmüş şəxslərin qalıqları xüsusi depolarda saxlanılır

91147

"Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən yalnız I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin sklet qalıqlarının öyrənilməsi, müayinəsi və sonradan saxlanılması üçün xüsusi şəraitə malik yerdə depolar yaradılıb. Həmin yerdə biz onları saxlayırıq". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı 


Ədalət Həsənov əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə ayrıca yer ayrılıb:

"Həmin sümük qalıqları bizə təqdim olunan zaman həmin şöbəyə aparılır. Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin II Məhkəmə-tibbi kriminalistika şöbəsini yaratmışıq. Orada müayinələr Hərbi Prokurorluğun əməkdaşları ilə birgə protokollaşdırılır. Sonra da orada xüsusi depolarda saxlanılır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO