Gədəbəydə narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Gədəbəydə narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Gədəbəydə narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

91082

Gədəbəy rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Gədəbəy Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirdiklən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Söyüdlü kənd sakini Arzu Süleymanovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 8 kq-a yaxın olan narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO