İsrail vətəndaşı Quba-Bakı yolunda avtomobildə öldü

İsrail vətəndaşı Quba-Bakı yolunda avtomobildə öldü

Hazırda oxunan: İsrail vətəndaşı Quba-Bakı yolunda avtomobildə öldü

91070

Azərbaycanda İsrail vətəndaşı ölüb.

Bizim.Media xəbər verir ki, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü "Mercedes-Benz Sprinter" markalı avtomobil ilə Quba rayonundan istirahətdən qayıdarkən özünü pis hiss edib. 
Quba-Bakı yolunun 23 km-də yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq saat 23:30-da avtomobildə ölüb. Report.az-ın məlumatına görə, faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO