43 marşrut xəttində GECİKMƏ 

43 marşrut xəttində GECİKMƏ 

Hazırda oxunan: 43 marşrut xəttində GECİKMƏ 

90317

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 43 müntəzəm marşrut xətti üzrə 117 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Bakı-Sumqayıt şossesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-15 dəqiqə gecikmə müşahidə olunur

3. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.

4. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.

5. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12 -17 dəqiqə gecikmə müşahidə olunur.

6. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur.

7. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO