Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü

Hazırda oxunan: Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü

89919

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Bizim.Media xəbər verir ki, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında söndürülüb.

Hazırda ərazidə tam soyutma və kəşfiyyat işləri aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - RƏSMİ


Yanğın 15 hektar sahəni əhatə edib. Apa.az-ın məlumatına görə, ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO