Qarabağda daha 7 erməni hərbçinin və bir mülki şəxsin qalıqları tapıldı

Qarabağda daha 7 erməni hərbçinin və bir mülki şəxsin qalıqları tapıldı

Hazırda oxunan: Qarabağda daha 7 erməni hərbçinin və bir mülki şəxsin qalıqları tapıldı

8972

Qarabağda axtarış işləri zamanı daha yeddi erməni hərbçinin və bir mülki şəxsin qalıqları aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
"Mülki şəxsin və əsgərin meyitləri Hadrutun Ayqestan kəndi ərazisində aşkar edilib.

Cəbrayıl ərazisində daha beş əsgərin cəsədləri tapılıb, bir hərbçi Ermənistanın Syunik vilayətinin keçmiş inzibati ərazisi olan “David bəy”də tapılıb", - deyə mənbə yazıb.

Hazırda hərbi qulluqçuların şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilib.

Hadrutdan tapılan mülki şəxsi geyimindən onun qohumlarını tanıyıb. 

O, Hadrut şəhər sakini Arsen Kaqramanyandır (1976-cı il təvəllüdlü).

Axtarış işləri bu gün Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan və Ermənistanın Syunik vilayətindəki Meğri şəhərinin keçmiş inzibati ərazisində davam etdiriləcək.

Axtarış işlərində həlak olanların doğmaları və ərazi ilə tanış olan könüllülər iştirak edirlər.

Noyabr ayında axtarış işlərinin başlanmasından bəri döyüş zonasında 1 246 hərbi və mülki şəxslərin cəsədləri və qalıqları aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO