Üç gündür Şabranda davam edən güclü yanğında bir yaşayış evinin tamam yanması barədə məlumat vermişdik. Rayonun Dağbilici kənd sakini Bayram Ağasiyevin evi tamamilə yanıb.
Ötən gün Bizim.Media olaraq yanan evinin külünə baxıb indi nə edəcəyini fikirləşən Ağasiyevin evinə baş çəkdik. Ev tamam yanıb.
Bütün ev əşya və avadanlıqları, sənədləri, mobil telefonlarınacan yanıb kül olub. Ailənin qış azuqəsi, 3 ton ərzaq buğdası, 2 baş danası da alovun güdazına gedib.
Qeyd edək ki, Bayram və Rəna Ağasiyevlər uzun illər Şabranda məşhur "Xınayaxdı" folklor kollektivinin rəhbəri və yaradıcısı olublar. Bayram Ağasiyev deyir qəfildən alov sahədən bizim evə yaxınlaşdı, göz qırpımında evi bürüdü. Heç nə edə bilmədik.
Göz görə-görə hər şeyimiz yandı. Ailə hazırda Şabran şəhərində oğlunun evinə yığışıb. Oğul evi nə qədər rahat olsa da bu yaşlı insanlar illərlə diş-dırnaqları ilə yığıb düzəltdikləri evlərini istəyirlər. Bu evdə isə indi küldən başqa heç nə qalmayıb. Mövzuya qayıdacağıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 17.08.2022
Evim də yandı, folklor kollektivim də - Şabrandan xüsusi REPORTAJ
Hazırda oxunan: Evim də yandı, folklor kollektivim də - Şabrandan xüsusi REPORTAJ
Hazırda oxunan: Evim də yandı, folklor kollektivim də - Şabrandan xüsusi REPORTAJ
88987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.