Tərtərdə Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO 

Tərtərdə Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO 

Hazırda oxunan: Tərtərdə Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO 

88912

Tərtərdə Vətən müharibəsi şəhidi Hacızadə Ceyhunun ad günü məzarı önündə qeyd olunub.  
 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin anım günü onun doğulduğu Evoğlu kəndində məzarı başında qeyd olunub.  
 
Mərasimdə Tərtər rayonunun ictimayyət nümayəndələri, YAP rayon təşkilatının sədri və şəhidin silahdaşları iştirak edib.  
 
Onlar Vətən müharibəsi zamanı, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən şəhidin əziz xatirəsini dərin ehtiramla yad edib, dualar oxuyublar. İgid vətən övladının keçdiyi döyüş yolundan geniş söhbət açılıb.  
 
Xatırladaq ki, Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. O, Vətən müharibəsi zamanı - 2020-ci il oktyabrın 7-dən Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.  
 Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Ceyhun İfrayıl oğlu Hacızadə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.  
 
Elgün Gəncinsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO