Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi başlayır. İxtisas seçimi 28 avqustadək davam edəcək. Bu il I qrup üzrə 33 min 884 nəfər, II qrup üzrə 21 min 215 nəfər, III qrup üzrə 21 min 904 nəfər, IV qrup üzrə isə 5 min 412 nəfər, V qrup üzrə 72 min 58 nəfər ərizə verib. Ümumilikdə 99 min 533 nəfər ərizə verib ki, bu da ötən illə müqayisədə 20911 nəfər çoxdur.
Bəs bu ilki qəbul qaydaları nə ilə əlamətdardır?
Sualı Bizim.Media üçün cavablandıran təhsil üzrə ekspert Elşad Qafarov bu ilki qəbul imtahanlarında müsbət və mənfi tendensiyaların müşahidə olunduğunu bildirib:
“Mənfi hallardan biri odur ki, 3 mindən artıq abituriyent 0-150 arasında bal toplayıb. Müsbət məsələlərdən biri də odur ki, dövlət sifarişi ilə təhsil alanların sayında artım baş verib. 3-4 il öncə hər 100 tələbədən 78-80 nəfəri ödənişli sektorda oxuyurdusa, aparılan məqsədyönlü işlər nəticəsində bu il bu faiz 45-ə enməsinə gətirib çıxarıb”.
Tanınmış ekspert abituriyentlərə ixtisas seçimi ilə bağlı müəyyən məsləhətlər də verib:
“Abituriyentlərə tövsiyyə edərdim ki, ilk növbədə dövlət sifarişi ilə olan yerləri seçsinlər. Çünki, təcrübə göstərir ki, “təki qəbul olsun” prinsipi ilə yer seçən valideynlər sonra təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Əslində bu məsələ də öz həllini tapıb. Ölkə Başçısının fərmanı ilə “Təhsil-tələbə kredit” sistemi yaradılıb. Bu sistemdən yararlanan tələbələr öz təhsil haqlarını ödəyə bilirlər”.
Təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov isə ixtisas seçimi ilə bağlı tələbələrə bir sıra tövsiyələr verib:
“Ötən əsrin sonlarından minlərlə peşələr öz aktuallığını itirib, əvəzinə yüzlərlə yenisi yaranıb. Çox istərdim ki, istedadlı tələbələr Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivlərini, dünyada cərəyan edən prosesləri nəzərə alaraq ixtisas seçimində üstünlüyü müasir dövrdə tələbatı günbəgün artan peşələrə - geniş çeşiddə mühəndislik, müəllimlik, robotlaşdırma, rəqəmsal texnologiyalar, ekologiya və bu kimi digər ixtisaslara versinlər.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərimizin meyli hələ də iqtisadiyyat, tibb və hüquq sahələrinədir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 16.08.2022
Təhsildə dövlət sifarişinin ÇƏKİSİ ARTIR – “Amma hələ də tibb və hüquq sahələrinə üstünlük verilir”
Hazırda oxunan: Təhsildə dövlət sifarişinin ÇƏKİSİ ARTIR – “Amma hələ də tibb və hüquq sahələrinə üstünlük verilir”
Hazırda oxunan: Təhsildə dövlət sifarişinin ÇƏKİSİ ARTIR – “Amma hələ də tibb və hüquq sahələrinə üstünlük verilir”
88865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.