AMEA-nın fəaliyyəti tənqid edildi - “İnstitutları tədqiqat aparmır”

AMEA-nın fəaliyyəti tənqid edildi - “İnstitutları tədqiqat aparmır”

Hazırda oxunan: AMEA-nın fəaliyyəti tənqid edildi - “İnstitutları tədqiqat aparmır”

8881

“Bu il AMEA-ya 117 milyon manat vəsait ayrılıb".

Bizim.Media-nın məlumatına görə, bunu mətbuat konfransında AMEA-nın akademik-katibi Adil Qəribov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“AMEA-da ciddi yoxlamalara ehtiyac var, ora cinayət yuvasıdır” - EKSPERT


O, bildirib ki, bu məbləğin də 81-82 faizi institutların işçilərinin əmək haqqına ayrılıb

"Qalan vəsait isə qurumların gündəlik tələbatlarına sərf olunacaq. Belə getsə, akademiyanın gələcək inkişafından söhbət etmək çox çətin olar.

Son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb. Bunlarla müxtəlif cihazlar alınıb.

Bu cihazlardan səmərəli istifadə faizi heç 20 faizdən artıq deyil. Bu cihazlar ya işlək vəziyyətdə deyil, işlək olanların isə istifadə əmsalı çox aşağıdır.

10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır. Bunun ölkənin iqtisadi və ya digər heç bir durumu ilə əlaqəsi yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO