Sabah Bakı küçələrinə 400 qartəmizləyən maşın çıxacaq - Rəsmi açıqlama

Sabah Bakı küçələrinə 400 qartəmizləyən maşın çıxacaq - Rəsmi açıqlama

Hazırda oxunan: Sabah Bakı küçələrinə 400 qartəmizləyən maşın çıxacaq - Rəsmi açıqlama

8861

“Əgər sabah hava şəraiti qarlı olarsa, yolu qar və buzdan təmizləmək üçün ümumilikdə 800 ton duz ehtiyatımız var. Qum ehtiyatı da kifayət qədərdir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Çovğun olacaq, yollar buz bağlayacaq - Hava ilə bağlı xəbərdarlıq edildi


Onun sözlərinə görə, 400-ə qədər qarkürüyən  maşın mexanizmləri hazır vəziyyətdə AAYDA-nın bazasındadır.

A.Nəcəfli əlavə edib ki, agentlik qışa hazırlığa oktyabr ayından başlayıb:

“Relyefi çətin  olan yollarda növbətçilər yollara nəzarət edir. Avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə AAYDA-nın mərkəzi aparatında və respublikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılıb və sutkalıq növbətçilik təşkil olunacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO