Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi - RƏSMİ

Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi - RƏSMİ

Hazırda oxunan: Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi - RƏSMİ

88607

Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub və səfirliyin mühafizəsi gücləndirilib.

Ə. Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi DİN rəhbərliyinin xüsusilə diqqət mərkəzindədir.
Komandir bildirib ki, rəhbəri olduğu tabor respublikada 30 səfirliyi, 3 diplomatik nümayəndəliyi və 2 diplomatik iqamətgahı mühafizə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO