Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əliəşrəf Əlizadə küçəsini təmir edir
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 1 230 metr uzunluğa, ortalama 9 metr enə malik yolun təmir işləri çərçivəsində əraziyə 1 360 p/m yeni bordür düzülüb.
Hazırda piyada səkilərinin bərpası işləri davam edir. Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.
Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev həmçinin, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prostektində aparılması nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 12.08.2022
Bakının bu küçəsi təmir edilir
Hazırda oxunan: Bakının bu küçəsi təmir edilir
Hazırda oxunan: Bakının bu küçəsi təmir edilir
88200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.