Tankçılarımızın “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarından GÖRÜNTÜLƏR - FOTO 

Tankçılarımızın “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarından GÖRÜNTÜLƏR - FOTO 

Hazırda oxunan: Tankçılarımızın “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarından GÖRÜNTÜLƏR - FOTO 

88050

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir. 

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər. 

Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb. 

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO