Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuq artacaq, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oktyabrın 20-i isə gün ərzində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinmüşahidə ediləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 15-20 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində arabir 23-28 m/s-dək güclənəcək. Abşeron yarımadasında gecə 15-17, gündüz 20-23, Bakıda isə gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv leysan xarakteri alacağı proqnozlaşdırlır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-15, gündüz 22-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.