Ötən gün Kəlbəcərdə minaya düşən 25 yaşlı Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində doğulub.
Bizim.Media xəbər verir ki, Babək ailədə 3 bacının yeganə qardaşı idi.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçisi həlak oldu - FOTO
Onun harada dəfn ediləcəyi barədə hələlik açıqlama verilmir.
Həmyerliləri Babəkin çox vətənpərvər gənc olduğunu bildirirlər.
O, ailənin tək oğlu idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu