Bakının bu küçəsində təmir başa çatdı – FOTO-VİDEO

Bakının bu küçəsində təmir başa çatdı – FOTO-VİDEO

Hazırda oxunan: Bakının bu küçəsində təmir başa çatdı – FOTO-VİDEO

86884

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin Asif Əsədullayev küçəsində təmiri başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, küçənin uzunluğu 1100 metr, eni ortalama 10 metr təşkil edir. Aparılan təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçəboyu 2000 p/m piyada səkiləri yenilənib.
Ümumilikdə küçəyə 2 qat olmaqla 11 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başaqa üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.

Bu il “İnvestisiya Proqramı”na əsasən Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrdə təmir işləri icra olunur.

Agentlik ötən ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələri təmir edib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO