İyulun 22-də saat 10:00-dan 18:00-dək Qazax rayonunun Qazaxbəyli, Aşağı Salahlı, Orta Salahlı, Daş Salahlı və Kosalar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Moderator.az - a Azərbaycan Dövlət Nefdt Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudiyyətlər SOCAR-ın “Qaz İxrac”x9d İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nardaran”x9d, “Bolqarıstan”x9d, “Maştağa”x9d və “Albalı”x9d, Qazax Magistral qaz kəmərləri sahəsinin “Semzavod”x9d Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılan cari təmir işləri ilə əlaqədardır.
Aparılan işlərin Sabunçu rayonunun Maştağa, Nardaran və Xəzər rayonunun Albalı qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.



























































































