Balakəndə yanğın - XƏSARƏT ALANLAR VAR

Balakəndə yanğın - XƏSARƏT ALANLAR VAR

Hazırda oxunan: Balakəndə yanğın - XƏSARƏT ALANLAR VAR

86272

Balakən rayonunun Şambul kəndində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları, altında olan taxta materiallar və 2 ədəd dəzgah yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər hadisə Lənkəran şəhərinin Seyidkəran kəndində baş verib. Belə ki, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO