Sevgilisi tərəfindən bıçaqlanan 21 yaşlı qız öldü - YENİLƏNİB

Sevgilisi tərəfindən bıçaqlanan 21 yaşlı qız öldü - YENİLƏNİB

Hazırda oxunan: Sevgilisi tərəfindən bıçaqlanan 21 yaşlı qız öldü - YENİLƏNİB

85701

Balakəndə 27 yaşlı sevgilisi Elton Layıcov tərəfindən bıçaqlanan 21 yaşlı qız həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.  

O, xəstəxanada vəfat edib.

*** 13.28

Balakəndə şəhərin mərkəzində bıçaqlanma olub. 

Bizim.Media xəbər verir ki, 27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu qıza küçədə ağır xəsarətlər yetirib. 

Qafqazinfo-nun məlumatına görə, o, bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elton Layıcov polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO