Sosial şəbəkədə tanış olduğu qızın ailəsini ölümlə təhdid etdi – POLİS SAXLADI

Sosial şəbəkədə tanış olduğu qızın ailəsini ölümlə təhdid etdi – POLİS SAXLADI

Hazırda oxunan: Sosial şəbəkədə tanış olduğu qızın ailəsini ölümlə təhdid etdi – POLİS SAXLADI

85481

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın deyib ki, onun qızı sosial şəbəkədə tanış olduğu oğlanla getsə də sonradan geri qayıdıb. Oğlan isə qızı onunla getməyəcəyi təqdirdə ölümlə həədləyib və yaşadıqları evi yandıracağını bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyən edilərək saxlanılıb. 

Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO