24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.
İstintaqla zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Emil Quliyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 25.07.2022
Gəncədə tanışını öldürən şəxsin istintaqı YEKUNLAŞDI
Hazırda oxunan: Gəncədə tanışını öldürən şəxsin istintaqı YEKUNLAŞDI
Hazırda oxunan: Gəncədə tanışını öldürən şəxsin istintaqı YEKUNLAŞDI
85376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.