“İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırıq” – ZAKİR HƏSƏNOV

“İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırıq” – ZAKİR HƏSƏNOV

Hazırda oxunan: “İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırıq” – ZAKİR HƏSƏNOV

85187

“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi heyətə ünvanlanan təbrik məktubunda yer alıb.

“Xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müasir mütəşəkkil Azərbaycan Ordusu Ulu Öndərin ənənələrini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək qalib ordu səviyyəsinə yüksəlib. Respublikamızın müstəqilliyinin təminatçısı olan Ordumuz bu gün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.

Sizin sıralarınızda böyük döyüş təcrübəsinə malik yüzlərlə müharibə iştirakçısı vardır. Onlar respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəallıq göstəriblər.

İnanıram ki, siz göstərilən etimadı doğruldaraq bu qəhrəmanlıq və şücaət nümunələrindən bəhrələnəcək, şanlı döyüş tariximizə yeni parlaq səhifələr yazacaqsınız.

Hərbi hissənin yaradılmasının birinci ildönümü münasibətilə sizi təbrik edərək hər birinizə şəxsi həyatınızda və xidmətlərinizdə uğurlar arzulayıram!”, deyə məktubda  qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO