Leyla Əliyeva adından iftar süfrəsi   - FOTOLAR

Leyla Əliyeva adından iftar süfrəsi - FOTOLAR

Hazırda oxunan: Leyla Əliyeva adından iftar süfrəsi - FOTOLAR

85005
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar süfrəsi açılıb. 


Moderator.az Fondun saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun və gənclərin nümayəndələri, müxtəlif millətlərin oruc saxlayan təmsilçiləri iştirak ediblər. Əvvəlcə qonaqlar “Ramazan çadırı”x9d qarşısında açılan fotosərgi ilə tanış olublar. 

Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.

İftarda Azərbaycan və Bakıda keçirilən birinci Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib. 

İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO