Türkiyəyə xərəkdə getdi, vətənə sağalıb döndü - FOTO/VİDEO

Türkiyəyə xərəkdə getdi, vətənə sağalıb döndü - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyəyə xərəkdə getdi, vətənə sağalıb döndü - FOTO/VİDEO

84812

Qazimiz xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb.

Bizim.Media xəbər verir ki, "YAŞAT" fondu tərəfindən Türkiyəyə göndərilən Nurlan Tağıyevin müalicəsi uğurla nəticələnib. 

"Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb", - "YAŞAT"ın məlumatında deyilir.

Qazimiz 17 il Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsində böyük şücaət göstərib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO