Xanım Qarabağ qazisi dünyasını dəyişdi

Xanım Qarabağ qazisi dünyasını dəyişdi

Hazırda oxunan: Xanım Qarabağ qazisi dünyasını dəyişdi

84731
Xanım Qarabağ qazisi Nərminə Abbasquliyeva dünyasını dəyişib. musavat.com xəbər verir ki, bu barədə onun rəfiqələri sosial şəbəkələrdə yayıblar. İlkin məlumata görə, xanım müharibə veteranının ölümünə qanda şəkər xəstəliyi səbəb olub. 

Nərminə Abbasquliyeva 1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə köçüb. Nərminə xanım Xırdalanda boya-başa çatıb. 2 saylı orta məktəbi bitirdikdən sonra tibb texnikumunda təhsil alıb. Şəfqət bacısı idi. Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında işləyib. Birinci Qarabağ savaşı iştirakçısıdır. Bir övladı var.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO