Cəlilabadda QƏZA: 2 nəfər xəstəxanalıq oldu

Cəlilabadda QƏZA: 2 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Cəlilabadda QƏZA: 2 nəfər xəstəxanalıq oldu

84707

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ  2107" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. 

Hadisə nəticəsində rayonun Privolnoye kənd sakinləri - 1988-ci il təvəllüdlü Süleymanov Anar Rəsul oğlu və 1987-ci il təvəllüdlü Rəhimov Ruslan Nizami oğlu xəsarət alıb. 

Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO