Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı 

Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı 

Hazırda oxunan: Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı 

83537

Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb. 

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət - 130-a yaxın briqada fəaliyyət göstərib. 

Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) iyulun 10-da qeydə alınıb. 

Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO