Son günlərdə havaların isti keçməsi açıq şəraitdə tikintidə və digər sahələrdə çalışan işçilərin səhhətində ciddi problem yaradır və günvurma hallarını artırır.
Azərbycan qanunvericiliyini uyğun olaraq ölkə ərazisində havanın temperaturu 41 dərəcə selsidən yuxari olarsa, o zaman işlər dayandırılmalı və işçilərin sağlamlığı, təhlükəsizliyi təmin edilməlidir. Buna baxmayaraq havanın temperaturu 41 dərəcədən artıq olsa da, biz açıq hava şəraitində çalışanların şahidi oluruq. Bu gün belə hallara istər tikinti sektorunda, istər pərakəndə ticarət sektorunda, kənd təssərrüfatı sektorunda sahələrdə çalışanlar, istərsə də digər sahələrdə tez-tez rast gəlmək olur.
Məsələ ilə bağlı olaraq bu sahəyə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətində müracitə etdik. Dövlət Əmək Müfəttişliyi Xidmətininin əmək qanunvericiliyi dövlət nəzarətinin planlaşdırılması üzrə analitik təhlil operativ nəzarət sektorunun müdiri Emil Allahverdiyev Moderator.az-a açıqlamasında bildirdi ki, havanın temperaturu 41 dərəcə selsidən yuxarı olduğu təqdirdə işçilərin açıq hava şəraitində işləməsi məsələsi daim nəzarətdə saxlanılır və bu məqsədlə təşkilat tərəfindən mütəmadi olaraq monitorinq aparmaq üçün reydlər təşkil olunur: “Bundan əlavə olaraq müəssisələr qarşısında bu məsələnin aktuallığı qaldırılır və maarifləndirmə işlər həyata keçrirlir. Havanın temperaturu 41 dərəcəni keçən kimi Əmək müfəttişliyi tərəfindən reydlər təşkil olunur və açıq hava şəraitində, qızmaq günəş altında işləyənlərin vəziyyəti yoxlanılır. Belə müəssisələr daim nəzarət altında saxlanılır. Əgər temperatur nəzərdə tutulduğu normadan artıqdırsa. O zaman işçilərin sağlamlığınən və təhlükəsiziliyinin təmini məqsədi ilə növbəlilik əsasında işlər həyata keçirilməsi müəssisələrin diqqətinə çatdırılır.”x9d
E. Allahverdiyyev onu da əlavə etdi ki, təkcə son bir həftə ərzində əmək qanunvericiliyinin bu tələblərini pozduğuna görə Əmək müfəttişliyi xidməti tərəfindən iki müəssisəyə xəbərdarlıq edilib.
Günvurma ilə bağlı hər hansı faktın olmasına gəldikdə isə E. Allahverdiyev bildirdi ki, bu il bizə günvurma faktı ilə bağlı hər hansı nə məlumat, nə də şikayət daxil olmayıb.
E.Allahverdiyev bildirdi ki, təmsil olunduğu təşkilat reydləri təkcə Bakı şəhəri və onun ətrafında deyil, ümumiyyətlə bütün respublikada həyata keçirirlər.
Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsində işçilərin hansı hava temperaturuna qədər açıq havada işləmələri göstərilir. Əmək Məcəlləsinə görə, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində iş dayandırılmalıdır.
Mövcud qanunvericiliyə görə, havanın temperaturu 45 dərəcədən çox olduqda, açıq havada görülən bütün növ işlər dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.
Qaydalara nəzarət mexanizminə gəlincə, İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayanlar 1000 manatdan 2000 manat qədər cərimə edilir.



























































































