Dar şalvar qızı xəstəxanalıq etdi

Dar şalvar qızı xəstəxanalıq etdi

Hazırda oxunan: Dar şalvar qızı xəstəxanalıq etdi

83019
Avstraliyada saatlar ərzində dar şalvar geyinən qadın əzələ zədələnməsi, ayaqlarda şişmə və sinir hüceyrələrinin sıxılması səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Avstraliyada yerləşən Royal Adelaide Xəstəxanasından dr. Thomas Kimber adı açıqlanmayan 35 yaşındakı qadının 4 gün müalicə aldığını qeyd edib. Dar cins şalvarın ayaqlara bu qədər zərər verməsinə təəccübləndiklərini ifadə edən Kimber qadının bir tanışının dolablarını boşaltmasına yardım etdiyini və buna görə də saatlarla əyilib-qalxdığını, ertəsi gün isə ağrıları səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirib.

Kimber əvvəllər də dar cins şalvarların qasıqlarda sinir zədələnmələrinə yol açdığına dair hallara rast gəlindiyini və ciddi əzələ zədələnmələri ilə qarşılaşdıqlarını vurğulayıb. Əyilib-qalxmanın ayağın aşağı hissəsində əzələlərin sıxılmasına yol açaraq baldır əzələlərinə qan axınının azalmasına səbəb olduğunu söyləyən Kimber dar şalvarın bu halı daha da çətinləşdirdiyinə diqqət çəkib.

Xəstəxanadakı 4 günlük müalicədən sonra xəstənin tamamilə yaxşılaşdığını qeyd edən Kimber problemin yetərincə elastik olmayan parçadan qaynaqlandığını düşündüyünü vurğulayıb. O, olduqca elastik cins şalvarların sinirləri və əzələləri zədələməyəcəyini bildirərək qadınları yenə də dar cinsləri ilə əyilib-qalxmaqla bağlı xəbərdar edib.

Kimber özünün dar cins geyinib-geyinmədiyinə dair suala isə belə cavab verib: “Xeyr, geyinmirəm. Ancaq təhlükə səbəbilə deyil, dar cins geyinmək üçün çox yaşlı olduğuma görə”x9d.
Dr. Kimber və komandasının “maraqlı xəstəlik halına”x9d dair hesabatı “Journal of xa0Neurology, Neurosurgery and Psychiatry”x9d adlı jurnalda dərc olunub. (saglamolun.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO