NİİM sürücülərə müraciət etdi

NİİM sürücülərə müraciət etdi

Hazırda oxunan: NİİM sürücülərə müraciət etdi

82950

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. 

Mərkəzdən Bizim.Media-ya daxil olan müraciətdə deyilir: 

"Müqəddəs Qurban bayramı münasibətilə sabahdan ölkəmizdə ardıcıl 4 qeyri-iş günü olmasını, paytaxt sakinlərinin şəhər ətrafı kənd və qəsəbələrə, eyni zamanda bölgələrə səfər sayının artacağını nəzərə alaraq, bu gün axşam saatlarından etibarən şəhərin mərkəzi küçə və prospektlərində, eləcə də şimal, cənub və şərq giriş-çıxış yollarında sıxlığın olacağı ehtimal edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda sıxlıq olan küçələr - SİYAHI


Bu səbəbdən, şəxsi minik avtomobilləri və avtobus sürücülərinə yollarda səbr və təmkinlə davranmağı, yol hərəkəti qaydalarına riayət etməyi və sıxlıqda qalmamaq üçün hərəkət iştirakçılarına səyahət vaxtını mümkün qədər yollardakı vəziyyətə uyğun planlaşdırmağı tövsiyə edirik. 

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Facebook və İnstagram sosial şəbəkə hesablarından, Avto FM radiosu və Telegram kanalından yollardakı cari vəziyyət haqqında məlumatları mütəmadi olaraq əldə edə bilərsiniz. 
Qurban bayramınız mübarək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO