Masazırda “Cantəpə” ƏMƏLİYYATI – Qəsəbədən kütləvi köçə SƏBƏB nədir?

Masazırda “Cantəpə” ƏMƏLİYYATI – Qəsəbədən kütləvi köçə SƏBƏB nədir?

Hazırda oxunan: Masazırda “Cantəpə” ƏMƏLİYYATI – Qəsəbədən kütləvi köçə SƏBƏB nədir?

82768

Masazır qəsəbəsinin problemləri bitmək bilmir. Qəsəbənin “Cantəpə” deyilən Mirzə Ələkbər Sabir küçəsindəki yol sakinləri təngə gətirib. Başı bəlalı yola 15 ildən çoxdur ki, asfalt döşənmir. Sadəcə torpaqla örtülən küçə ilə hərəkət çətinləşib. Avtomobillərin detalları sıradan çıxır, içərisini toz-torpaq bürüyür. Qışda palçıqdan, yayda isə toz-torpaqdan hərəkət etmək mümkün deyil. 

Bu şikayətlə Bizim.Media-ya Cantəpə sakinləri müraciət edib.

Dediklərinə görə 7 ay əvvəl, yəni Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin ediləndən 10 gün sonra sözügedən yolun təmirinə başlanıb.

Yolu çəkənlər küçəyə sadəcə torpaq döşəyərək, işlərini bitmiş hesab ediblər. Bəzi sakinlər toz-torpaq udmaqdan cana doyduqlarını və bu səbəbdən evlərini satışa çıxardıqlarını dilə gətiriblər. Hətta onların arasında kütləvi surətdə evlərini dəyər-dəyməzinə satanlar da az deyil. 

Masazır ərazi nümayəndəliyi Şahlar Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, Mirzə Ələkbər Sabir küçəsindəki yolun çəkilməsini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqavilə bağladıqları bir şirkət həyata keçirir:

“Onlar bizə heç bir açıqlama vermirlər. Amma iş icraçısının sözlərinə görə Qarabağ bölgəsində vacib işləri olduğundan, qəsəbədəki yolun təmirini hələlik saxlayıblar. Qarabağdakı işi bitirəndən sonra Mirzə Ələkbər Sabir küçəsindəki yarımçıq  yolun təmirini bitirəcəklər”, - deyə Şahlar Həsənov əlavə edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə isə əlaqə yaratmaq mümkün olmayıb. 

Alçina Amilqızı, Bizim.Media 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO