Tanışını bıçaqla öldürdü – Prokurorluqdan rəsmi açıqlama

Tanışını bıçaqla öldürdü – Prokurorluqdan rəsmi açıqlama

Hazırda oxunan: Tanışını bıçaqla öldürdü – Prokurorluqdan rəsmi açıqlama

82717

Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun bu il martın 29-da öldürülməsi faktı ilə bağlı  başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Suraxanı rayon prokurorluğu yayıb.

İstintaqla zərərçəkmişin tanışı, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ravil Baybəyova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO