Medianın İnkişafı Agentliyinin saytlara dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələri açıqlandı.
Bizim.Media xəbər verir ki, siyahıda bizim də adımız var. Ədalətli seçimə görə MEDİA agentliyinə təşəkkür edirik. Siyahıya baxdıqda bunu görmək çətin deyil.
Demokrat.az-ın məlumatına görə, siyahıda yer alanların əksəriyyəti mövcud imkanları zəif, əlavə gəlir yerləri olmayan saytlardır.
MÖVZU İLƏ BAĞLI:
MEDİA 39 xəbər saytına maliyyə ayırdı - SİYAHI
Halbuki, bu media resursları istər xəbər istehsalında, istərsə dövlət maraqlarının müdafiə olunması işində peşəkar fəaliyyəti ilə seçilir.
MEDİA Agentliyi də seçiminin də məhz peşəkar fəaliyyətin stimullaşdırılması yönündə olduğunu görürür. Ən vacib məqam isə mediaya dövlət dəstəyinin ədalətli və daha obyektiv bölünməsi prinsipinin qorunmasıdır.
Demokrat.az saytının kollektivi, eyni zamanda həmkarlarımızın adından MEDİA Agentliyinə təşəkkür edirik.
Bizim.Media