Çempionumuzun atası: “Birinci anasını təbrik etdim

Çempionumuzun atası: “Birinci anasını təbrik etdim"

Hazırda oxunan: Çempionumuzun atası: “Birinci anasını təbrik etdim"

81496
“Sevincimin həddi hüdüdü yoxdur...Sevincdən danışa da bilmirəm".

Bu sözləri ANS PRESS-ə I Avropa Oyunlarında Yunan-Roma güləşi üzrə 71 kq çəkidə qızıl medal qazanan güləşçimiz Rəsul Çunayevin atası Həmzət Çunayev deyib.

Həmzət Çunayev bütün idmançılarımıza qızıl medal qazanmağı arzu edib: "Mən oğluma inanırdım. Böyük fəxarət hissi keçirdim. İlk olaraq həyat yoldaşımı təbrik etdim"..

Həmzət Çunayev onu da bildirib ki, o, hazırda idmançımızın anası ilə birgə Bakıdadır və bir saatdan sonra oğlu ilə görüşəcək.

Qeyd edək ki, Rəsul Çunayev finalda macar Balint Korpas ilə mübarizə aparıb. Güləşçimiz inamlı oyun nümayiş etdirib və rəqibini 3:1 hesabı ilə məğlub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO