Vətən Müharibəsi şəhidinin xatirəsinə salınan bulaq-abidə kompleksinin açılışı oldu - FOTO

Vətən Müharibəsi şəhidinin xatirəsinə salınan bulaq-abidə kompleksinin açılışı oldu - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi şəhidinin xatirəsinə salınan bulaq-abidə kompleksinin açılışı oldu - FOTO

81380

Qubanın Çartəpə kəndində Vətən Müharibəsi şəhidi Ürfan Məmmədovun xatirəsinə salınmış bulaq-abidə kompleksinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri olmuş Ürfan Məmmədovun xatirə bulağı yerli sakinlərin və bələdiyyənin, rayon icra hakimiyyətinin və ailə üzvlərinin birgə dəstəyi ilə inşa edilib.

Açılış mərasimində Quba rayon icra hakimiyyətinin, DTX-nin rayon şöbəsinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, qazilər və şəhid ailələrinin nümayəndələri iştirak edib.

Quba RİH başçısı Ziyəddin Əliyev Vətən Müharibəsinin 2-ci günü, 2020-ci il sentyabr ayının 28-də Suqovuşanda şəhid olan Ürfanın şərəfli döyüş yolundan danışıb, 26 yaşında şəhidliyə ucalan gizirin döyüş xidmətlərinin gənclərə nümunə olduğunu deyib.
Çıxış edən digər natiqlər də Ürfan Məmmədovun döyüş yolundan, Silahlı Qüvvələrdə  uğurlu xidmətindən danışıblar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO