Sabah dağlıq ərazilərdə qar yağacaq

Sabah dağlıq ərazilərdə qar yağacaq

Hazırda oxunan: Sabah dağlıq ərazilərdə qar yağacaq

8098

Azərbaycanda yanvarın 12-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyinin əsəcək gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO