Fəzail Ağamalıdan GİLASLA bağlı daha bir açıqlama:

Fəzail Ağamalıdan GİLASLA bağlı daha bir açıqlama: "Sadəcə qiymətini dedim..."

Hazırda oxunan: Fəzail Ağamalıdan GİLASLA bağlı daha bir açıqlama: "Sadəcə qiymətini dedim..."

80974

Millət vəkili Fəzail Ağamalı Əməkdar artist Tahir İmanovun onu ələ salmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, F.Ağamalı sözügedən videdonu izləmədiyini deyib:

MÖVZU İLƏ BAĞLI:

Tahir İmanov “gilas ala bilməyən” Fəzail Ağamalını belə məsxərəyə qoydu – VİDEO
 


“Həmin açıqlamaya gəlincə... Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar. Görünür, bu da onun stilidir”.

Millət vəkili "Olay.az" saytına açıqlamasında aktyorun videoda 250 minlik “Bentley”dən danışmasından da söz açıb:

“Mənim 250 minlik maşınım yoxdur. “Toyota” markalı avtomobil sürürəm. O maşının qiyməti 250 min deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük”.

Qeyd edək ki, T.İmanov deputatın “Gilas ala bilmirəm” açıqlamasını ələ salaraq video çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO