Ötən gün 51 yanğın olub, bu qədər insan xilas edilib 

Ötən gün 51 yanğın olub, bu qədər insan xilas edilib 

Hazırda oxunan: Ötən gün 51 yanğın olub, bu qədər insan xilas edilib 

80917

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidməti məlumat yayıb.  

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, Şəki şəhərində "ЗИЛ" markalı yük avtomobilinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Hacırəhimov Mahir Zakir oğlunun meyiti deformasiyaya uğrayan avtonəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO