Şəmkirdə ağır qəza 34 yaşlı qadını xəstəxanalıq etdi

Şəmkirdə ağır qəza 34 yaşlı qadını xəstəxanalıq etdi

Hazırda oxunan: Şəmkirdə ağır qəza 34 yaşlı qadını xəstəxanalıq etdi

80736

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Kür qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Ş.Fətəliyevanı avtomobil vurub.  

Zərərçəkən müxtəlif bədən xəsarətlərilə rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.  

Həkimlər xəstənin vəziyyətinin orta ağır olduğunu bildirir. Faktla bağlı araşdırmalara başlanılıb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO